Bakı sakini qəbiristanlıqda DÖYÜLDÜ

Gündəm / Hadisə
23-01-2020, 13:36
Bakı sakini qəbiristanlıqda DÖYÜLDÜ
 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, pulunun olmadığını dediksə isə döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.