Bu ölkədə hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB

Gündəm / Dünya
24-01-2020, 22:00
Bu ölkədə hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB
 

ABŞ Prezident administrasiyası "analıq turizmi"ni qadağan edən qərar qəbul edib.

Xeberekspress.az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika vətəndaşlığı almaq üçün körpəsini ABŞ-da dünyaya gətirmək istəyən anaların ölkəyə girişinə icazə verilməyəcək. Qadınlara o halda viza veriləcək ki, konsulluq əməkdaşları səfərin əsl məqsədinin dünyaya uşaq gətirmək olmadığını təsdiqləsinlər. Qərar sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, təkcə 2012-ci ildə 36 min hamilə qadın uşağını dünyaya gətirmək və Amerika vətəndaşlığı almaq üçün ABŞ-a gedib, daha sonra isə ölkəsinə qayıdıb.