“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb - GİLEY

Gündəm / Sosial
29-01-2020, 18:33
 

“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb - GİLEY

 

 
Müştəri "Özsüt” restoranlar şəbəkəsinin "Gənclik Mall”da yerləşən filialından şikayətlənir.

"Report”un məlumatına görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.

Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı restorandan "Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib:

"Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.