“Könüllü ol, İnkişaf et”
Gündəm / Sosial
2-02-2020, 22:31
01.02.2020-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyi , Yasamal rayon Heydər Əliyev Mərkəzi,
Azərbaycan Rəssamlar İttifaqı ilə birgə 2 Fevral Gənclər Gününə həsr olunmuş
"Könüllü ol, İnkişaf et” adlı sərgi-seminar keçirildi.
Seminarda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat
rəhbərinin müavini Fariz Abdullayev,Yasamal rayon Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları təşkilatının sədri Vaqif Məmmədov, Azərbaycan Rəssamlar
İttifaqının fəxri üzvləri, tədbirin təşkilatçıları Aygün və Elnurə İsgəndərovalar,
Müdafiə Sənayesi Nazirliyinin baş məsləhətçisi Tofiq Sadıqov, Nazirliyin YAP
sədri Qalib Əfəndiyev, Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisə
əməkdaşları, Azərbaycan Dövlət Pedoqoji Universitetin müəllim və tələbə
kollektivi, fəal gənc rəssamlar və digər qonaqlar iştirak etdilər.
Seminar iştirakçıları öncə Mərkəzin foyesində Azərbaycan Rəssamlar İttifaqı
üzvlərinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimlərinin və gənc
rəssamların əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Qonaqlar Mərkəzin "Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə
gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsini yad etdilər.
Seminarı giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Arifə Mustafayeva açaraq qeyd etdi ki, Gənclər Günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildən qeyd
olunmağa başlanıb. 2 fevral gününün "Gənclər Günü" kimi elan olunması Ulu
öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu öndər tərəfindən qoyulmuş
dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət
dəstəyinin gücləndirilməsindən ,onlara hərtərəfli diqqət göstərilməsindən
ibarətdir.Ölkə başçımızın bu ili "Könüllülər ili”kimi qeyd etməsi də təsadüfi deyil.
Tədbirin təşkilatçısı, layihə rəhbəri Elnurə İsgəndərova çıxışnda ölkəmizdə
gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan
verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd
etdi və bayram münasibəti ilə gəncləri təbrik etdi.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbərinin
müavini Fariz Abdullayev,Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları təşkilatının sədri Vaqif Məmmədov, Müdafiə Sənayesi Nazirliyinin baş
məsləhətçisi Tofiq Sadıqov çıxışlarında bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin
nəticəsi olaraq müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu bildirdilər və gənclərə respublikamızın daha da inkişafı istiqamətində
göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.
Sonda 2 Fevral - Gənclər Gününə həsr olunmuş film nümayiş olundu.
Xeberekspress.az













