Azərbaycan millisinin baş məşqçisi öz oyunçularını təhqir etdiyi üçün cəzalandı

Gündəm / İdman
4-02-2020, 21:20

Azərbaycan millisinin baş məşqçisi öz oyunçularını təhqir etdiyi üçün cəzalandı

 

AFFA İntizam Komitəsi 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovu 5 oyunluq cəzalandırıb. 


"Report"un məlumatına görə, buna mütəxəssisin I Liqada "Rayyan"la qarşılaşmada öz oyunçularını təhqir etməsi səbəb olub. Əzimov buna görə texniki zonadan da kənarlaşdırılıb. 


Qeyd edək ki, oyun U-19-un 9:6 hesablı qələbəsi ilə yekunlaşıb.