Rusiyanın DÇ-2022-də iştirakına qadağa qoyuldu
Gündəm / İdman
5-02-2020, 15:43
Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya yığmasını 2022-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdırmaq qərarına gəlib.
Bununla bağlı "beIN Sports” telekanalı məlumat yayıb.
"Ümumdünya Antidopinq Agentliyi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakına qadağa qoyulması ilə bağlı Rusiya tərəfini məlumatlandırıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın sonunda WADA Moskva Antidopinq Laboratoriyasının məlumat bazasında 145 dopinq testi aşkarlayıb.
