Region ölkələrində siqaretin qiyməti - SİYAHI

Gündəm / Maraqlı
5-02-2020, 16:30
Region ölkələrində siqaretin qiyməti - SİYAHI
 
Bu ayın əvvəlindən etibarən siqaretlərin pərakəndə satış qiymətlərində orta hesabla 10%-dən çox artım olub. Bu artımlardan sonra Azərbaycan İran və Türkiyədən sonra region ölkələri arasında siqaret ən yüksək qiymətə satıldığı ölkə ünvanını əldə edib. 

Yeniavaz.com dünyanın məşhur araşdırma portalarından olan "numbeo"ya istinadən bildirir ki, region ölkələri arasında siqaret ən yüksək qiymətə İranda satılır.

Müqayisə üçün bildirək ki, bir "paçka" "Marlboro" siqaretinin qiyməti İranda 3 dollar, Türkiyədə 2,85 dollara bərabərdir. Azərbaycanda isə bir "paçka" "Marlboro" 2,35 dollara satılır.

Şimal qonşumuz Rusiyada bir "paçka" "Marlboro"nun qiyməti 2,2 dollar təşkil edir. Region ölkələrindən İranda bir "paçka" "Marlboro"nun qiyməti Gürcüstanda 1,85 dollara, Moldovada 1,7 dollara, Ukraynada 1,6 dollara, Belarusda 1.5 dollara, Ermənistanda 1,25 dollara, Qazaxıstanda 1 dollara bərabər olub.

Məlumat üçün qeyd edək ki, bir "paçka" "Marlboro"nun ən baha satıldığı ölkələrin siyahısında ilk sıranı Avstraliya (20 dollar), Yeni Zelandiya (19,4 dollar) və İslandiya (13,9 dollar) tutur.