Almaniya Bundesliqası dayandırıldı - RƏSMİ
Gündəm / İdman
13-03-2020, 14:57
Futbol üzrə Almaniya Bundesliqası koronavirus səbəbindən təxirə salınıb.
Xeberekspress.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, çempionat matçları martın 17-dən aprelin 2-dək dayandırılacaq.
Bu həftəsonu baş tutacaq növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.
