Dolların bayram günlərinə olan məzənnəsi açıqlanıb
Gündəm / İqtisadiyyat
19-03-2020, 09:55
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların bayram günləri (20-28 mart) və 29 mart tarixinə olan məzənnəsini açıqlayıb.
"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, 20-29 mart tarixlərinə Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
