Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
Gündəm / Sosial
Bu gün, 16:01

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bildirib.
Nazir bu barədə Ukrayanaya rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə geniştərkibli görüşündə bəhs edib.
Görüş zamanı Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.