Kann kinofestivalının keçirilmə vaxtı dəyişdirilir
Gündəm / Mədəniyyət
20-03-2020, 08:55
Fransada koronavirusun yayılması səbəbindən Kann kinofestivalı may ayında keçirilməyəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb. Hazırda festivalın iyunun sonunda – iyulun əvvəlində keçirilməsinə dair müzakirə aparılır.
