BNA eskpress avtobusların fəaliyyəti ilə bağlı açıqlama verib- Sərnişinlərin Nəzərinə!

Gündəm
8-05-2020, 17:59
 

BNA eskpress avtobusların fəaliyyəti ilə bağlı açıqlama verib- Sərnişinlərin Nəzərinə!

 

 

Ekspress avtobuslar fəaliyyətini davam etdirəcək.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumatda bildirilir ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq  M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək. Qeyd edilən ekspres xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib: "Sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq".