Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə “Azərbaycanın xilaskarı” adlı onlayn rəsm müsabiqəsi elan edilmişdir
Gündəm
10-05-2020, 15:20
Münsiflər heyəti tərəfindən seçilib müsabiqəyə qəbul olunmuş işlərin mərkəzin rəsmi facebook səhifəsi üzərindən izləyicilər tərəfindən onlayn səs verməsinin nəticələri açıqlandı. Xatırladaq ki, münsiflər heyətinin üzvləri Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Naminə Ömərova, xalq rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının qrafika şöbəsinin rəhbəri Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar idi.
1-ci yer: Müşfiq Səid ( "Ulu Öndərimiz" əsəri. Ölçü: 60x80 Texnika: kətan yağlı boya)2-ci yer: İntiqam Cəfərov ("Sülhün Elçisi" əsəri. Ölçü: 65×85 Texnika: kətan yağlı boya)
3-cü yer:
Səmayə Rzayeva ("İmazamızı imzalar içində tanıdan dahi şəxsiyyət" Ölçü: 50×70 Texnika: kətan yağlı boya
3-cü yer:
Sevinc Hacıyeva ("Dahi Şəxsiyyət" Ölçü: 50×70 Texnika: kətan yağlı boya)
Onlayn rəsm müsabiqəsinin afişasında əsəri üz qabığı seçilmiş rəssam Sevinc Kərimova diplom və hədiyyə ilə təltif olunur.
Sərgidə iştirakına görə Təşəkkürnamə ilə təltif olunan rəssamların siyahısını təqdim edirik.
1. Minayə Feyzullayeva
2. Afər Fəttahova
3. İslam Gülmalıyev
4. Fərdanə Həsənzadə
5. Namiq Hüseynov
6. Nihad Əliyev
7. Tofiqə Əliyeva













