Ağdam Rayon Heydər Əliyev Mərkəzinin Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Vətənə həsr olunmuş ömür" adlı video görüntülərdən ibarət onlayn rəsm müsabiqəsinin qaliblərini sizə təqdim edirik

Gündəm
10-05-2020, 16:30
 

 

 

Ağdam Rayon Heydər Əliyev Mərkəzinin Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Vətənə həsr olunmuş ömür" adlı video görüntülərdən ibarət onlayn rəsm müsabiqəsinin qaliblərini sizə təqdim edirik

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş  "Vətənə həsr olunmuş ömür" adlı video görüntülərdən ibarət onlayn rəsm müsabiqəsinin münsiflər heyətinin üzvləri Azərbaycan Rəssamlar İttifaqının qrafika bölməsinin rəhbəri, xalq rəssamı, professor Arif Hüseynov,  Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı, bir çox ölkədaxili və ölkələrarası uğurlu layihələrin rəhbəri Elnurə İsgəndərova qalibləri elan etdilər. 
İndi isə qalibləri sizə təqdim edirik.
1-ci yer: Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Heydər Əliyev Mərkəzinin dərnək rəhbəri, ARİ-nın üzvü, rəssam, Aygün İsgəndərova "Ulu Öndər Yolu" 
Ölçü: 70×80 
Texnika: kətan yağlı boya.
2-ci yer: Rəssam Fərman Qasımov "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"  
Ölçü: 110×80 
Texnika: zər ilə portret.
3-cü yer: Rəssamlar İttifaqının üzvü rəssam Vüsal Məmmədov. "Xalq Heydər söyləyəcək "   
Ölçü: 55×70  
Texnika: kətan yağlı boya