Karantinin yumşaldılmasından sonra polis postları ləğv olunur? - AÇIQLAMA
Gündəm
15-05-2020, 18:07
"Azərbaycan ərazisində quraşdırılan polis postlarının ləğvi Daxili İşlər Nazirliyindən asılıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, karantin rejimi tam ləğv olunmayıb:
"Karantin rejiminin müəyyən qaydaları var və onlara əməl edilməlidir. Bu, texniki və Daxili İşlər Nazirliyinin özünün həll edəcəyi məsələdir”.
