SON DƏQİQƏ: Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Gündəm / Dünya
20-05-2020, 08:20

SON DƏQİQƏ: Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

 

Rusiyada Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

TASS xəbər verir ki, hadisə Klin yaşayış məntəqəsindən 20 kilometr aralıda baş verib. Helikopterin sərt eniş etməsi nəticəsində 3 heyət üzvü həlak olub.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.