Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda qaldı - FHN hərəkətə keçdi
Gündəm
31-05-2020, 11:02
Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək
