Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər

Gündəm / İdman
3-06-2020, 11:10

Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər

 

A seriyası növbəti mövsüm dəyişilmiş formatda keçirilə bilər.

Bu barədə "La Repubblica” məlumat yayıb.

 

Böyük ehtimalla, 2020/21-ci illər mövsümündə futbol üzrə İtaliya çempionatı 12 sentyabra qədər start götürməsə, A seriyası iki qrupa bölünəcək.

Sözügedən sxemdə çempionatın sonunda "play-off” turnirinin oynanılması da nəzərdə tutulur.