Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi

Gündəm / Dünya
30-06-2020, 17:56
Maduro Aİ-nin nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi
 

Venesuela rəhbərliyi Avropa İttifaqının nümayəndəsinin ölkədən çıxarılmasına qərar verib.

Bu barədə TASS məlumat yayıb.

 

Sözügedən qərar Aİ-nin 11 venesuelalı məmur və parlamentarini sanksiya siyahısına salmasından sonra qəbul olunub.

"Mən Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi qərara aldım”, - deyə ölkə başçısı N.Maduro bildirib.

N.Maduro Avropa kolonializminə və Venesuealaya qarşı təqiblərə son qoymağa çağırıb.