"Maykrosoft Teams" dilimizə tərcümə olunur
Gündəm
27-08-2020, 19:15
"Maykrosoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunur.
Bunu COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
O bildirib ki, bununla bağlı "Maykrosoft Teams” şirkətinə müraciət olunub və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.