İri ticarət mərkəzləri açılır? - RƏSMİ

Gündəm
29-08-2020, 12:17
 
 

İri ticarət mərkəzləri açılır? - RƏSMİ

 



İri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur.

Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, insanların alış-verişlə bağlı məsələlərini ənənəvi üsullarla həll etməsi tövsiyə edilir:

"Bunun üçün yarmarkalar, digər mağazalar var. Hazırda iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə edilir. Yeni qərar olarsa, bu barədə məlumat veriləcək”.