Prezident yeni qələbə xəbəri verdi - Daha 6 kənd azad olundu - SİYAHI

Gündəm
15-10-2020, 17:55
 

Prezident yeni qələbə xəbəri verdi - Daha 6 kənd azad olundu - SİYAHI

 

 

Prezident İlham Əliyev "Twitter” hesabında bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı post paylaşıb.

Paylaşımda deyilir:

 

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”