Türkiyə MN: “Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan namərdcəsinə mülki yaşayış yerlərini vurdu”

Gündəm
17-10-2020, 11:53
 

 

Türkiyə MN: “Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan namərdcəsinə mülki yaşayış yerlərini vurdu”

 

 

Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi "Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

 

"Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.