Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Gündəm
21-10-2020, 10:20
 
 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.