Azərbaycanda komendant saatı ləğv edildi

Gündəm / Sosial
11-12-2020, 11:21
 

Azərbaycanda komendant saatı ləğv edildi

 

 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.

 

Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı olub.

 

Müzakirələrdən sonra qərar səsverməyə qoyularaq təsdiq edilib.