YouTube və Gmail-in işində problem yaşanıb - Yenilənib

Gündəm / Sosial
14-12-2020, 17:25
 
 

YouTube və Gmail-in işində problem yaşanıb - Yenilənib

 

Google xidmətləri olan "YouTube" və "Gmail"in işində açıqlanmayan bir problem səbəbindən qlobal olaraq məhdudiyyətlər yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, Google xidmətləri ilə bağlı problem bütün dünyada internet istifadəçilərinə təsir edib. Youtube ilə yanaşı, "Google"un digər xidmətlərinin (Google Drive, Google Play, Gmail, Google ADS, Google Adsense, Google Admob) fəaliyyətində də problemlər yarandığı bildirilib.

Bununla yanaşı "Google" axtarış sisteminin  işində isə problem müşahidə olunmadığı bildirilir.

 

***

Son məlumatlara görə hazırda problemin aradan qaldırıldığı bildirilir.