Zərdab rayonu,Alıcanlı kənd sakini Laçın Əsədovun polis tərəfindən əsassız olaraq saxlanılması və guya döyülməsi barədə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır

Gündəm / Sosial
18-01-2021, 20:02
 
 

Belə ki,ötən ilin aprel ayının 11-də L.Əsədovun həyat yoldaşı Afidə Əsədova DİN-in "102" Xidmətinə və Rayon Polis Şöbəsinə müraciət edərək banklardan birinə məxsus təqaüd kartından ayrı-ayrı vaxtlarda ümumilikdə 100 manat pulun naməlum şəxs tərəfindən çıxarılmasını bildirib.

Məlumat əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə kartdan pulu oğurlayan şəxsin Kürdəmir rayon sakini E.Rüstəmov olması müəyyən edilmiş və o, saxlanılaraq RPŞ-ə gətirilmişdir.

Polis Şöbəsində Afidə Əsədovaya məxsus ziyan polis əməkdaşlarının iştirakı ilə ödətdirilmişdir. Məbləğ isə L.Əsədovun iddia etdiyi kimi 500 manat yox ümumilikdə 100 manat olmuşdur.

Əslində isə L.Əsədovun polis əməkdaşları haqqında səsləndirdiyi böhtan xarakterli iddialar törətdiyi qayda pozuntusunun məsuliyyətindən azad olunmaq məqsədi daşıyır.

Belə ki,ötən il noyabrın 25-də L.Əsədovun qardaşı COVİD-19 virusuna yoluxaraq Bakı şəhərində vəfat etmiş və onun cənazəsi rayonun Alıcanlı kəndinə gətirilərək dəfn edilib.

L.Əsədova polis əməkdaşları və kənd icra nümayəndələri tərəfindən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yas mərasiminin keçirilməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, evinin həyətində çadır quraraq yas mərasimi təşkil etmişdir.Həmin mərasim polis əməkdaşları tərəfindən aşkar edilmiş və dayandırılmışdır. Orada olanlardan 7 nəfər barəsində protokol tərtib edilərək cərimə olunmuşlar.

Bu zaman mərasimin təşkilatçısı L.Əsədov polis əməkdaşları ilə mübahisə etməyə başlamış, onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilmiş, baxılması üçün Rayon Məhkəməsinə göndərilmiş və Məhkəmənin qərarı ilə o, 400manat məbləğində cərimələnmişdir.

Bundan başqa L.Əsədov müxtəlif vaxtlarda DİN-in "102 Zəng-Mərkəzi”nə həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Lakin ailə vəziyyəti nəzərə alınaraq barəsində inzibati tədbir görülməmişdir.