Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? - RƏSMİ

Gündəm
25-01-2021, 13:45
 
 

Cəzaçəkmə müəssisələrində neçə məhkum koronavirusla bağlı testdən keçirilib? - RƏSMİ

 

"Cəzaçəkmə müəssisələrində məhkumların 96 faizi koronavirusa görə testdən keçirilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

 

O bildirib ki, bütün cəzaçəkmə müəssisələrində pandemiya ilə bağlı ciddi tədbirlər görülüb:

"Məhkumların hətta 25 faizi təkrar yoxlamalardan da keçirilib. Koronavirusa qarşı mübarizə tədbirləri nəticəsində hər şeyə ciddi nəzarət olunur. Hələ ki, heç bir ciddi narahatlıq qeydə alınmayıb”