Məsut Özil “Fənərbaxça”da təqdimatı zamanı Azərbaycana dəstəyini bildirdi - VİDEO
Gündəm / İdman
27-01-2021, 18:30
"Fənərbaxça”nın yeni transferi Məsut Özil bugünkü təqdimat mərasimində azərbaycanlı futbol azarkeşlərinə səslənib.
"HaberGlobal” məlumat verir ki, o, bütün Azərbaycana salam göndərib:
"Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Oradakı qardaşlarımı görmək istəyirəm. Sadəcə "Fənərbaxça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm”, - deyə futbolçu bildirib
