Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat etdi
Gündəm
28-01-2021, 21:40
Yanvarın 15-də Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi - Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda həyatını itirib.
Müdafiə Nazirliyindən faktı APA-ya təsdiq ediblər.
Qeyd edək ki, yanvar ayının 15-də baş verən qəza zamanı daha bir hərbçimiz həlak olmuşdu.
