Azərbaycanda nazir müavini vəzifəsindən azad edildi

Gündəm / Sosial
1-02-2021, 12:04
 
 

Azərbaycanda nazir müavini vəzifəsindən azad edildi

 

Təhsil Nazirliyində kadr islahatı olub. 

Oxu.Az-ın məlumatına görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

 

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. 

M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyinat almışdı.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı "Report” yayıb.