Gədəbəydə traktor aşdı, ölən və yaralanan var

Gündəm
1-02-2021, 22:30
 Gədəbəydə traktor aşdı, ölən və yaralanan var
 
Gədəbəydə traktorun aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Hadisə rayonun Şınıx kəndi yaxınlığında baş verib.

Hərəkətdə olan traktorun aşması nəticəsinsə 42 yaşlı Seymur Məmmədov hadisə yerində ölüb.

Sürücü 47 yaşlı Muraz Zeynalov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.