Bu küçənin bir hissəsində hərəkət məhdudlaşdırılır

Gündəm / Sosial
4-02-2021, 16:51
 

Bu küçənin bir hissəsində hərəkət məhdudlaşdırılır

 

 

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Xeberekspress.az xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.