“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi - YENİLƏNİB

Gündəm / Sosial
8-02-2021, 10:41
 
 

“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi - YENİLƏNİB

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.

"Report”un məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən Tağı Tağı-zadə "AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

 

10:15

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN” xidmət) tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

"Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.