Məcburi köçkünlərin imtiyazları ləğv olunub?

Gündəm / Sosial
13-02-2021, 22:57
 
 

Məcburi köçkünlərin imtiyazları ləğv olunub?

 

İşğaldan azad edilmiş ərazilərdəki öz dədə-baba yurdlarına qayıdana qədər məcburi köçkünlərin statusu qüvvədə qalacaq.

Bunu Milli Məclisin komitə sədri Musa Quliyev  bildirib.

O bildirib ki, məcburi köçkünlərin statusu hələlik ləğv edilməyib:

"Köçkünlər evlərinə qayıdan günə kimi indiyə qədər onlara verilən status və imtiyazların hamısı qalacaq. O cümlədən, məcburi köçkünlər övladlarına şamil edilən statuslardan da yararlanacaqlar”.