Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən AÇIQLAMA

Gündəm / Sosial
18-02-2021, 11:51
 
 

Vaksin vurdurmaq haramdır? - Hacı Şahindən AÇIQLAMA

 

Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

 

Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur: 

"Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.