İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? - RƏSMİ

Gündəm
4-03-2021, 15:06
 
 

İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? - RƏSMİ

 

"YAŞAT” Fondunun təşəbbüsü, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycana gələn israilli həkimlər tərəfindən qazilərimiz müayinə və müalicə olunub.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.

"İsrailli həkimlər tərəfindən 132 qazimiz müayinə olunub, 22-si əməliyyat edilib. 28 qaziyə isə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq”, - deyə o qeyd edib.