Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası keçirib - FOTOLAR

Gündəm / Sosial
Bu gün, 18:31

Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə növbəti qanvermə aksiyası keçirilib.

Xeberekspress.com xəbər verir ki, STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil olunan humanitar aksiyada mərkəzin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri,  tibb personalı və digər əməkdaşlar olmaqla 200-ə yaxın şəxs könüllü şəkildə iştirak edib.
Aksiya zamanı xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb, onlardan laborator analizlər götürülüb və tibbi müayinədən keçən şəxslərdən qan tədarük olunub.
Bildirilib ki, aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən, eləcə də qana ehtiyacı olan insanların müalicəsinə dəstək göstərməkdir. 

Tədarük olunan qan və ondan hazırlanan preparatlardan müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunacaq.
  • Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası keçirib - FOTOLAR