Aygün, Brilliant, Renka əyləncə gecəsində: Karantin qaydaları pozuldu - VİDEO
Gündəm / Sosial
9-03-2021, 10:11
Bakıda ötən gün restoranların birində karantin qaydaları pozulub.
Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.
Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak edib.
Əyləncə zamanı qonaqların sosial məsəfəni qorumaması da gözdən qaçmayıb.
<iframe src='https://player.baku.tv/embed/34841' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>
