Bakıda ən çox yoluxma yenə Binəqədidədir

Gündəm / Sosial
10-03-2021, 10:43
 

Bakıda ən çox yoluxma yenə Binəqədidədir

 

 

Bakıda "COVID-19” infeksiyasına yoluxma halı ən çox Binəqədi rayonunun payına düşür.


Yeni açıqlanan statistikaya əsasən, sözügedən rayonda bu göstərici 15% təşkil edir.


 

Həmçinin Xətai rayonu üzrə 13,1%, Yasamal rayonu üzrə 12,1%, Sabunçu rayonu üzrə 10, 8%, Suraxanı rayonu üzrə 8,2%, Nərimanov rayonu üzrə 8,2%, Nəsimi rayonu üzrə 7,8%, Nizami  rayonu üzrə 7%, Xəzər rayonu üzrə 6,9%, Qaradağ rayonu üzrə 5,2%, Səbail rayonu üzrə 5,1%, Pirallahı rayonu üzrə 0,5% statistika qeydə alınıb.