Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Gündəm / Sosial
15-03-2021, 09:54
 

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

 

 

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

 

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub.