ATU-da koronavirusa kütləvi yoluxma - YENİLƏNİB

Gündəm
15-03-2021, 15:56
 
 

ATU-da koronavirusa kütləvi yoluxma - YENİLƏNİB

 

 

ATU-nun 1-ci Müalicə-profilaktika fakültəsində altı qrupda tələbələr arasında yoluxma olub. 

Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hər qrupda bir-iki tələbədə COVID-19 aşkarlanıb:

 

"Bu səbəblə həmin qrupların dərsləri distant təhsilə keçirilib. Onu da qeyd edək ki, binada dezinfeksiya işləri aparılır. Tələbələr binaya daxil olan hərarətləri ölçülür. Digər fakültələrin heç birində yoluxma aşkarlanmayıb”.

13:33

Azərbaycan Tibb Universitetində (ATU) yenidən koronavirusa yoluxma aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb. Bu səbəbdən bir neçə qrup distant təhsilə keçirilib.

Məlumatı ATU-nun mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, mövcud vəziyyətlə distant təhsilə bağlanan qrupların ümumi sayı hələlik məlum deyil.