Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi

Gündəm / Sosial
31-03-2021, 10:56
 
 

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi

 


Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.