Yoluxanların sayı bu gün də artdı

Gündəm / Sosial
2-04-2021, 17:42

Yoluxanların sayı bu gün də artdı

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 266 322 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3 617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir.

Ölkədə son sutka ərzində 13 127, hazırkı dövrədək isə 2 901 160 test aparılıb.

Xatırladaq ki, dünən ölkədə 2 248 nəfər koronavirusa yoluxmuşdu.