Ermənistan mülki əhaliyə dəymiş ziyanı ödəməlidir
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi əsrlər əvvələ dayanır. Tarix boyu zaman-zaman erməni vəhşiliyi, təcavüzü ilə üz-üzə qalmışıq.Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən sayqırımı siyasəti nəticəsində minlərlə günahsızazərbaycanlı vəhşicəsinə qətlə
yetirilmiş, evləri yandırılmışdır. Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətliqırğınlar törətmişdilər.
"Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin Azərbaycanlılara qarşı amansızlığı, ilk kütləvi qırğını 1905-1907-ci illərdə törədilmişdir. 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər erməni qoşun hissələrinin fəal iştirakı ilə 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş, evləri talan edilmişdir. 1918-ci ildə 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə qətlə yetirilib, tarixi abidələri, məscid və qəbiristanlıqları viran ediblər. "Azərbaycanlıların soyqırımı” haqqında Fərmanla 1918-ci il martın 31 "Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Zamanla bu törədilmiş cinayətlərlə bağlı yeni faktlar, çox sayda sənədlər toplanmışdır.
XX əsrin faciəsi-Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır.Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsinin amansız, insanlıqdan uzaq, antibəşəri mahiyyəti olan bir faciə, müsibətdir. Bu faciəsnin nə qədər dözülməz, acılı olmasını kəlimələrlə ifadə etmək qeyri- mümkündür.
Ermənilərin xalqımıza qarşı olan amansızlığı, qəddarlığı bununla kifayətlənmir. Bugünümüzə qədər özünü göstərməkdə davam edir. 2020-ci il Vətən müharibəsi dövründə oktyabr ayında Gəncə şəhəri ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə ayrı-ayrı zamanlarda bombalandı. İlk hücum 4 oktyabrda baş vermiş və bir mülki şəxsin şəhid olmasına, 30-dan çox mülki şəxsin yaralanmasına səbəb olub. Bu raket hücumu Dağlıq Qarabağ bölgəsindən yəni, müharibə zonasından kənara edilən ilk ciddi hücum idi. 5 oktyabrda 2-ci, 8 oktyabr tarixində isə 3-cü raket hücumu baş vermişdi. Günahsız neçə insan həyatını, yaxınlarını, evlərini itirmişdir. 27 oktyabr tarixində Bərdəyə raket zərbələri endirilib, 28 oktyabrda isə 2-ci raket zərbəsi vurulub. Ermənistanın işğalçı və təcəvüzkar məqsədi göz önündədir.Lakin təəssüf ki, hər zamankı kimi etdiyi qanunsuzluqdan və amansızlıqdan boyun qaçırdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının rəşadətli Silahlı Qüvvələrinin şücaəti sayəsində erməni işğalçıları üzərində şanlı qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Azərbaycan əsgəri müasir dünyanın ən güclü siyasi və hərbi liderlərindən biri kimi öz Prezidentinə inanaraq Vətənə sədaqət yolunda Qarabağ torpağını öz qanı ilə sulamış, canını fəda edərəksübut etmişdir ki, bu torpaqlar babalarımızdan bizə qalan miras haqqıdır.Qələbə həm də onu göstərdi ki, Azərbaycanda Ümummilli liderimiz dahi Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin gərgin əməyi sayəsində torpaq, haqq-ədalət, Vətən savaşında heç bir güzəştə getməyən, mübariz yeni bir nəsil formalaşmışdır. II Qarabağ müharibəsinin ən parlaq nəticələrindən biri də Azərbaycan xalqının dəmir yumruq kimi öz Ali rəhbəri ətrafında birləşməsi oldu.
Abuşova Aytən Hüseyn qızı – Masallı rayonu Təzəkənd kəndi
