Gəncədə orta məktəb müəllimi koronavirusdan vəfat etdi

Gündəm / Sosial
17-04-2021, 22:50

Gəncədə orta məktəb müəllimi koronavirusdan vəfat etdi

 

Gəncədə COVID-19-a yoluxmuş müəllimə vəfat edib.

 

"Report"un Qərb mərkəzinin məlumatına görə, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəlliməsi Raidə Tağıyeva dünyasını dəyişib.

Onun bir neçə gün əvvəl koronavirusa yoluxduğu və infeksiyadan vəfat etdiyi bildirilir.