Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcəyi məlum olub

Gündəm / Mədəniyyət
22-04-2021, 19:05
 
 

Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcəyi məlum olub

 

Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.

 

Bu barədə "Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - nazirlikdən bildirilib.