HƏMAS-ın daha bir komandiri zərərsizləşdirildi

Dünya
Dünən, 17:00
HƏMAS-ın daha bir komandiri zərərsizləşdirildi

HƏMAS hərbi qanadının komandiri və İsrailə qarşı hücumun əsas təşkilatçılarından biri hesab edilən İzzəddin əl-Həddad Qəzza zolağına hədəflənmiş zərbə nəticəsində zərərsizləşdirilib.
Bu haqda HƏMAS məlumat yayıb.
“Həmasın yüksək rütbəli rəsmisi hərbi qanadın lideri əl-Həddadın ölümünü təsdiqləyir”, - təşkilatın bəyanatında deyilir.