Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
Gündəm / Dünya
Dünən, 15:12

Tailandın paytaxtı Banqkokda qatar sərnişin avtobusu ilə toqquşub.
“Thairath” qəzetinin xəbərinə görə, qəza nəticəsində azı 8 nəfər ölüb.
Yaralıların sayının 20 nəfərdən çox olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.