YAP-ın İdarə Heyəti Mirələmovun məsələsini müzakirə edir

Gündəm / Sosial
23-04-2021, 15:40

YAP-ın İdarə Heyəti Mirələmovun məsələsini müzakirə edir

 

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası öz işinə başlayıb. 

Iclasda qeyri-etik videoyla gündəmə gələn partiyanın Veteranlar Şurasının üzvü, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovla bağlı məsələ müzakirə ediləcək.

Toplantıda həmçinin partiyanın Mərkəzi Seçki Komissiyasında təmsil olunacaq namizədlərinin siyahısı müəyyənləşdiriləcək. 

***

İclas artıq başlayıb.